"Facebook" sosial şəbəkəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov adından istifadə edərək Bəstəkar Kamal adlı hesab yaradılıb.
Bizimyol.info xəbər verir ki, səhifədə nazirin yaradıcılığını əks etdirən məlumatlar yer alıb, onun bəstələdiyi mahnılar və fotoşəkillər təddim edilib. Bəstəkar Kamal adlı səhifənin 2180-dən çox izləyicisi var. İzləyicilər arasında məşhurlar və dövlət məmurları da yer alır.
Səhifənin həqiqətən nazir tərəfindən yaradılıb -yaradılmadığını deyə bilməsək də, qeyd etmək lazımdır ki, onun gözəl nəğmələri izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Bizimyol.info






