Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elinanın anasının qəribə yazışması yayıldı - Foto

Sosial şəbəkədə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova ilə qızının ən yaxın rəfiqəsi 9-cu sinif şagirdi Züleyxa Şirinova ilə insanları şok edən yazışması yayılıb.

Bizimyol.info həmin yazışmanı təqdim edir

“Zulya - Elina özünü 3-cü mərtəbədən atıb. Yuxarı sinif şagirdi oğlan onu əllərinin üstündə direktorun kabinetinə aparıb. Sizi bunu bilirdiz?

Sevil xanım, siz məktəbə getdiz? Axı Elina məktəbdədir, xəstəxanada deyil?

Sevil Hüseynova - Hə, Zulya, bilirəm. Bütün bunlar artıq məni bezdirib. Ümumiyyətlə, mən onu bu məktəbdən çıxarıb atasına tullayacam. Artıq mənə bu lazım deyil. Evdə mənim iki uşağım var, hələ bir xəstəxanalara qaçmalıyam. Heç yerə getməyəcəm. Mən Seymurun (ikinci həyat yoldaşını nəzərdə tutur) uşaqlarıylayam”.

Qeyd edək ki, biz məhkəmədən öncə də, sonra da dəfələrlə Sevil xanımla əlaqə saxlayıb onun dərdini dinləmək, kömək etmək istdiyimizi bildirdik. Lakin Sevil xanım qəribə bir şəkildə soyuq yanaşma sərgiləyərək bizdən qaçdı.

Elinanın anası

Son xəbərlər
Bütün xəbərlər »