Göyçayda polis aztəminatlı ailələrin uşaqlarına baş çəkib.

"Bizimyol.info" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Göyçay Rayon Polis Şobəsinin əməkdaşları bir neçə aztəminatlı ailələlərə baş çəkərək, onların məktəbə getməyə hazırlaşan uşaqlarına geyim, çanta, gündəlik dərs ləvazimatları hədiyyə edib, vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzulayıblar.

Polislərin bu addımına sevinən uşaqlar, onlara dərs ilini əla qiymətlərlə başa vuracaqlarını söz veriblər.

Uşaqların valideynləri isə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarına öz minnətdarlığını bildiriblər.






