Qazaxstanda çəkilmiş yeni reklam-fotosessiya hər kəsi təəccübləndirib.
"Bizimyol.info"nun məlumatına görə, şəkillər "Buro 24/7 Kazakhstan"ın rəsmi instagram səhifəsində paylaşılıb.

Şəkillərdə "H&M Studio" brendinin geyimlərində olan qızlar əlləri bağlı şəkildə yerdə uzaraq, təcavüz qurbanlarını təsvir edib.
Lakin, səhifə izləyiciləri bu reklam formasından narazı qalıb. Onlar "buro.kazakhstan" səhifəsindəki postun altında "Bu nədir? Təcavüzü təbliğ edirsiniz?" ; "Bu nə dəhşətdir" kimi rəylər yazıb.
Qeyd edək ki, avqustun 29-u Rusiyanın məhşur brendi olan "Gloria Jeans"in reklamında hicablı model yer alıb.
İzləyicilər o reklamı da tənqid atəşinə tutub.






