Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xiyarın uzunluğu bir metr, çəkisi 30 kilo olunca kəndlini qorxu bürüdü - Foto

Türiyənin Bartın vilayətinin Kozcağız kəndində Müyəssər Acıbalın bostanında yetişən xiyarların şöhrəti ölkəyə yayılıb.

Bizimyol.info xəbər verir ki, Müyəssər xanım əkdiyi tərəvəzlərin gündən-günə böyüdüyünü görüb heyrətə düşüb və onlardan can qurtarmaq üçün qonşularına paylayıb.

“Keçən il toxumlarını qonşum İzmirdən alıb gətirmişdi. Dedi ki, Çin malıdır. Tağın üstündə cəmi 6 ədəd xiyar oldu. Hamısı da nəhəng. Görüncə panikaya düşdüm, qorxdum. Kökündən çıxarıb atdım. Amma öncə şəkillərini çəkib Əkin və Meşə İdarəsinə göndərdim Ordan dedilər ki, belə bir növdə xiyar var, həyəcanlanmaq lazım deyil. Əgər çıxarmasaydım ölçüləri daha da böyüyəcəkmiş. Bizə yemək olar, təhlükəsizdir dedilər. Amma mən bunu əsla yemərəm”,- deyə ev sahibi bildirib.

Xiyar 1

Son xəbərlər
Bütün xəbərlər »