O ki qaldı Azərbaycanda satılan digər benzin markalarının qiymətinin dəyişib-dəyişməyəcəyinə, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Oxu.Az-a açıqlamasında bildirdi ki, benzinin qiyməti ilə bağlı sonuncu tənzimləmə iyul ayında aparılıb: "Tarif Şurasının 14 iyul tarixində keçirilmiş iclasında Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb. Nəticədə "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib".
A.Əliyev qiyməti dövlət tərəfindən tənzimlənən avtomobil benzinin qiymətində dəyişikliyin gözlənilmədiyini bildirdi. Onun sözlərinə görə, bu barədə Tarif Şurasına müraciət daxil olmayıb.






