Avropada havalar çox isti keçir. Avopalılar belə istiliyə alışmayıb.
Ona görə də çox şikayət edirlər. Hətta şimal ölkələrində də yüksək temperatir qeydə alınır. Məsələn, İsveçdə insanlar gözlənilməz isti ilə qarşılaşıb.

Bizimyol.info xəbər verir ki, “Expressen” qəzeti istidən şikayət edənlərlə maraqlı formada zarafatlaşıb. İsveç nəşri oxucularına “İstidən şikayətlənənlər üçün 10 şəkil” adlı məqalə təqdim edib.

Burada sərt qışı xatırladan 10 foto yer alıb. Fotolarda isveçlilərin qarın içində necə çətinliklə hərəkət etdiyi, avtomobillərin batdığı əks olunub.

Şəkillərin altında yazılıb: “Ah, necə də istidir! İndi lap çox istidir. Siz bunu unutmusunuz? Əgər yox, onda biz sizə xatırlatmaq istərdik”.






