Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyonçu iş adamı "kürəkən müsabiqəsi" elan etdi, elçilərin sayı 10 mini aşdı

Tailandda bir milyonçu demişdi ki, kiçik qızı ilə evlənmək istəyən adama böyük mükafat verməyə hazırdır. Bunun üçün yarış keçiriləcəkdi, qalib onun kürəkəni ola biləcəkdi. Milyonçu fikrindın daşınıb.

Bizimyol.info xəbər verir ki, tailandlı iş adamı Arnon Rodthonq biznesini qızı Karnsitaya verməyi düşünür. Bunun üçün əvvəlcə ona yaxşı ər tapmalıdır. Yarış ideyası da bundan irəli gəlmişdi.

Rodthonq üç aylıq yarış planlaşdırmışdı. İştirakçılar iş adamına sosial şəbəkədə yazmaqla müsabiqəyə qoşulmalıydı. Rodthonq iştirakçıların zəhmətsevərliyinə xüsusi diqqət yetirəcəkdi. Amma ən əsası iş adamının məşğul olduğu durian meyvəsi biznesini idarə etmək bacarığıdır. Kiçik məsələ deyil, söhbət milyonlarla dollarlıq biznesdən gedir.

Rodthonqa iştirak üçün o qədər müraciət olub ki, tailandlı yarışdan imtina edib. İlk günlərdə artıq müraciət edənlərin sayı 10 mini keçib. Yarış dayandırılsa da, gələcək kürəkənə mükafat öz yerində qalır. Kürəkən qayınatasından 10 milyon bat (təxminən 314 min dollar) alacaq.

Son xəbərlər
Bütün xəbərlər »