Astronavtlar kosmosda fövqəladə şəraitdə yaşamağa çalışırlar. Qidalanmaqdan tutmuş, diş fırçalamağa qədər müəyyən əziyyətə başa gəlir. Sən demə, onlar kosmosda həm də boy atırmış.
Bizimyol.info xəbər verir ki, Enn Makkleyn kosmosda keçirdiyi üç ayda boy ölçülərinin dəyişdiyini deyir. Amerikalı astronavt beş santimetr artdığını bildirir.
Yaponiya aerokosmik tədqiqatlar agentliyindən söyləyirlər ki, Makkleynin boyunun artması mümkündür. Çünki qravitasiya yoxluğu, adətən, belə nəticələnir. Boyu artan təkcə Makkleyn deyil. İstənilən astronavt kosmosa səfərdən sonra boy ölçüsünün 1-2 santimetr yüksəldiyini deyə bilər.
ABŞ-ın 341-ci astronavtı göyə Rusiyanın “Soyuz MS-11” kosmik gəmisi ilə uçmuşdu. O, dekabrda rus Oleq Kononenko və kanadalı David Sen-Jak ilə yola çıxmışdı.
Makkleyn ilk dəfəydi kosmosa uçurdu. Qadın astronavt bunun üçün 2008-ci ildən hazırlıq keçirdi.






