Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Klipində öz narkobiznesindən danışdı və 5 illik həbsə göndərildi

İngiltərəfə “Trapstar Toxic” ləqəbilə çıxış edən rep ifaçısı Adetokunbo Acibola beş il həbs cəzasına məhkum edilib. O, narkotik saxlama və satma, həmçinin qanunsuz mülkiyyətə sahib olmaqda təqsirli hesab olunub.

Bizimyol.info xəbər verir ki, musiqiçinin məhkəməsində onun əleyhinə olan ən əsas sübut onun özünün çəkdirdiyi videogörüntü olub. Klip formasında hazırlanmış videoda repçi musiqi altında özünün kriminal biznesindən danışır. Deyir ki, “əgər polislər gəlib basqın eləsələr, o, bir addım öndə olacaq”.

Bu görüntülərdən sonra ötən il aprelin 25-də polislər onun yaşadığı evdə axtarış aparıblar. Repçi ikinci mərtəbədə yerləşən evin pəncərəsindən tullanaraq, qaçıb gizlənməyə çalışıb. Amma qarağın damında polislər onu tutublar. Axtarış zamanı evdən narkotik maddələr, 13 min funt-sterlinq pul, bahalı geyim və bəzək əşyaları tapılıb. Onların hamısı götürülüb.

Acibola məhkəmədə ifadəsində təqsirini etiraf edib.

Son xəbərlər
Bütün xəbərlər »