2007-ci ildən 2012-ci ilə qədər aktiv fəaliyyətdə olan qrupda, fərqli dövrlərdə Jamal Ali, Qaraqan, PRoMete, Felon De Jure, Feck, ErranT, Dərviş və AiD olub.
HOST Alliance “Həyatım Əllərimdə” və “How We Rappin” sinqllarının ardından ilk albomu olan “Proloq” çıxarmışdı.
Prodüsinq şirkətiylə razılaşa bilməyən HOST ilk albomunu izləyicilərinə pulsuz paylamışdı. Bu hadisə hələ də yaddaşlarda qalıb.
2008-ci ildə, HOST’un ən məşhur mahnıları olan “Qarada Qırmızı” albomu çıxır. Bu həm də Jamal Ali, ErranT, Felon De Jure’nin HOST tərkibində son albomu idi.
2009-cu ildə HOST, növbəti “Qısa Qapanma” albomunu çıxardı. Bu albomun üzərində əsasən PRoMete və AiD işləmişdi.
H.O.S.T 2012-ci ilə qədər 8 albom çıxarmışdı. Digər albomları sıra ilə EP v.01 (2009), Biz İnsan Deyilik (2010),14 (2011), İşıq (2011), Mələk (2012) idi.
HOST üzvləri 10 il ərzində çox sayda həm qrup olaraq həm də solo konsertlər keçirir. H.O.S.T Alliance Reinkarnasiya, EP v 0.1, Rekviem adlı konsertlərindən başqa Qaraqanın “Qısa Qapanma”, AiD’in “Biz İnsan Deyilik” solo konsertləri də həmin illərin yadda qalan hadisələri idi.
H.O.S.T sonuncu konserti isə “Beşikdən Məzəra” adlanırdı. Bu konsertlə bir dövrə iz qoymuş, əfsanəvi H.O.S.T sonuncu konserti idi.
H.O.S.T üzvləri indi nə işlə məşğuldur?
Qaraqan və AiD Amerikada, Jamal Ali isə Almaniyada yaşayır. PRoMete aktiv musiqi fəaliyyətinə davam edir. Dərviş isə qrupdan ayrıldıqdan sona aktiv musiqi fəaliyyətini dayandırmışdı.
PRoMeTe H.O.S.T’un dağılmasını belə təsvir edir:
PRoMete - Beş il bundan əvvəldən etibarən hər il bu gün bir sual intensiv verilməyə başlayır - H.O.S.T niyə dağıldı? Cavab çox sadədir - Ən keyfiyyətli toxum belə, münbit olmayan şəraitə düşəndə məhv olur.
pahoo.az






