ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası qüvvədə qalmaqda davam edir.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.
“İyulun 25-inə olan məlumata görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) blokadanı yarmağa çalışan 12 ticarət gəmisinin marşrutunu dəyişdirib, tələblərə əməl etməyən 2 gəmini hərəkətsiz vəziyyətə salıb, daha 2 gəmidə isə blokadaya tam əməl olunmasını təmin etmək məqsədilə baxış keçirib”, - məlumatda deyilir.






