Ev tapşırıqları dünyanın hər yerində şagirdləri yorurmuş. ABŞ mətbuatında yazılan bir xəbər belə deməyə əsas verir.
Bizimyol.info xəbər verir ki, İndiana ştatında yaşayan bir məktəbli oğlan ev tapşırığını yerinə yetirə bilməyəndə xilasetmə xidmətinə zəng vurub. Dəstəyi qaldıran Antoniya Bandi əvvəlcə təəccüblənib, amma sonra uşağa kömək etmək qərarına gəlib.
Antoniya BandiMəktəbli riyaziyyat fənnindən növbəti tapşırıqda “ilişibmiş”. Konkret yazsaq, kəsiri anlaya bilmirmiş. Antoniya ona bu tapşırığı necə lazımdırsa, izah edib. Beləcə, problem həllini tapıb. Məktəbli bundan sonra kəsir haqda tapşırıqları yerinə yetirməkdə əziyyət çəkməyəcəyini deyib.
Antoniyanı xilasetmə xidmətinin rəhbərliyi də tərifləyib. O, iş yerində hamının köməyinə çatmağa çalışır.






