Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
36 il əvvəl yuxu görüb, o vaxtdan bu yana sarı paltar geyinir

Suriyalı Abu Zakkuru Hələbdə tanımayan yoxdur. 68 yaşlı şəhər sakini 36 ildir yalnız sarı rəngdə paltarlar geyinir. O, başqa rəngdə olan geyimlərini çoxdan şəhərdəki imkansızlara paylayıb.

Bizimyol.info xəbər verir ki, hər şey 1983-cü ildə başlayıb. Zakkur yuxuda özünü qeyri-adi, əsrarəngiz dünyada görüb. Orada həm Abunun paltarı, həm də ətrafda hər şey sarı rəngdəydi. Suriyalı özünü həmin məkanda çox rahat, inanılmaz dərəcədə xoşbəxt hiss edib. Yuxudan oyanan Zakkur bundan sonra yalnız sarı rəngdə geyinmək qərarına gəlib.

Əvvəllər şəhər sakinləri ona qəribə baxırdılar. Artıq alışıblar. Əksinə, Hələbdə Zakkura pərəstiş edən çoxdur. Onu görənlərin üzündə təbəssüm peyda olur. “Sarı adam”la hər addımbaşı şəkil çəkdirmək istəyirlər.

Zakkur da üzərinə xüsusi missiya götürdüyünü düşünür. Düzdür, missiyanı konkret açıqlaya bilmir. Amma düşünür ki, sarı həm də sülh və xoşbəxtlik rəngidir.

Son xəbərlər
Bütün xəbərlər »