Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan XİN Ukrayna səfirini çağırdı
Hindistan XİN Ukrayna səfirini çağırdı

Hindistan Xarici İşlər Nazirliyi Ukraynanın ölkədəki səfiri Aleksandr Polişuku Qara dənizdə ticarət gəmisinə edilən hücum nəticəsində Hindistan vətəndaşının həlak olması ilə əlaqədar nazirliyə çağırıb.

Hindistan XİN-in yaydığı bəyanatda bildirilir ki, səfir "MV OMORFI" ticarət gəmisinə hücum nəticəsində hindistanlı dənizçinin ölümü ilə bağlı izahat vermək üçün nazirliyə dəvət olunub.

Rəsmi Dehli hadisə ilə bağlı ciddi narahatlığını ifadə edib və ticarət gəmilərinə qarşı hücumları qəti şəkildə pisləyib. Bəyanatda vurğulanıb ki, bu cür insidentlər dəniz təhlükəsizliyinə, gəmiçilik azadlığına və beynəlxalq ticarətə mənfi təsir göstərir.

XİN qeyd edib ki, Ukrayna səfirindən Hindistanın narahatlığını Kiyevə çatdırması istənilib. Rəsmi Dehli mülki dənizçilərin həyatını təhlükə altına atan bu cür hücumların qəbuledilməz olduğunu və gələcəkdə təkrarlanmamalı olduğunu bəyan edib.

Bundan əvvəl Hindistanın "WION" telekanalı həlak olan Hindistan vətəndaşının ölümünə Qara dənizdə ticarət gəmisinə Ukraynaya məxsus pilotsuz uçuş aparatının hücumu səbəb olduğunu bildirmişdi.

Ukrayna tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »