Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücüləri buna görə 200 manat cərimələr gözləyir
Sürücüləri buna görə 200 manat cərimələr gözləyir

Vətəndaş sosial mediada paylaşdığı videoda bildirib ki, qarşıdakı avtomobildən əvvəl sellofan paket, daha sonra isə iki dəfə dondurma sellofanı yola atılıb. O, avtomobili saxladaraq həmin şəxslərə yaxınlaşıb və niyə zibili yola atdıqlarını soruşub. Sürücü isə “get işinlə məşğul ol” cavabını verib.

Vətəndaş deyib ki, məhz belə davranışlar dənizlərin, meşələrin, çayların, göllərin və ətraf mühitin çirklənməsinə səbəb olur.”

  • Avtomobildən zibil atan şəxslər hansı məsuliyyət daşıyır?

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə nəzərdə tutulub.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »