Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncədə uşaq bağçasında qidalanma iddiaları araşdırıldı
Gəncədə uşaq bağçasında qidalanma iddiaları araşdırıldı

Gəncə şəhər 52 saylı körpələr evi uşaq bağçasında qidalanma probleminin olduğu iddia edilir.

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı valideyn Gencexeber.az - a şikayət ünvanlayaraq uşaqların qidalanmasının çox zəif olduğunu bildirib.

Bununla bağlı dəfələrlə rəhbərliyə müraciət edilsə də nəticəsinin olmadığını deyib.

Valideynlər iddia edir ki, uşaqlar evə ac-susuz gəlirlər və verilən qidalar da uşaqların mədəsini pozur.

“Bir boşqab aşı 20 nəfərə yedizdirirlər. Südlü düyünü düyüsüz verirlər”.

Videogörüntüdən də görünür ki, uşaqlar boşqabdan qaşıqla sadəcə süd içirlər.

Daha sonra vurğulanıb: “Uşaqlar əlavə su istəyəndə vermirlər. Aidiyyəti qurumun problemin həlli istiqamətində addım atmasını tələb edirik”, - deyə şikayətçilər bildirib.

  • 52 saylı körpələr evi-uşaq bağçasında qidalanma ilə bağlı valideynlərin iddiaları araşdırılıbmı?

Yaranan sualla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Gəncə şəhər 52 nömrəli körpələr evi-uşaq bağçasında qidalanma ilə bağlı səsləndirilən iddialar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırılıb.

Aparılan yoxlama zamanı müəssisədə qidalanma prosesinin təşkili və bu sahəyə nəzarət vəziyyəti qiymətləndirilib. Araşdırma nəticəsində qidalanma prosesinə nəzarətin gücləndirilməsi və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Qurumdan həmçinin bildirilib: “Müəssisənin idarə olunmasında sağlam psixoloji iş mühitinin təmin edilməsində yol verilmiş nöqsanlara görə müəssisə rəhbəri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq intizam tənbehi tədbiri tətbiq edilib”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »