Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncə xəstəxanasının yarım milyon manatlıq zibili: Bahalı daşınma xərci məntiqə sığmır
Gəncə xəstəxanasının yarım milyon manatlıq zibili: Bahalı daşınma xərci məntiqə sığmır

Tenderlərdə qaliblərin müəyyənləşməsi bir çox hallarda şübhə yeri qoyur. Müəyyən işin görülməsi üçün ayrılan məbləğlər heç bir məntiqə sığmır. Qəribədir, bir xəstəxananın tibbi tullantılarının daşınmasına niyə yarım milyon manata qədər pul ayrılsın? İstər-istəməz məsələnin şəffaf görünməməsini düşünmək lazım gəlir.

Bizimyol.info xəbər verir ki, Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi üçün 462 min 300,4 manat ayrılıb. İşin görülməsi üçün tender elan olunub, qalibin “GSL SERVICE” Məhdud Məsuliyyətli Cəmiyyətin olduğu bildirilib. Düzdür, məbləğ illik nəzərdə tutulub, amma yenə böyük olduğunu qeyd etmək lazımdır. Müqavilə üzrə hər həftə ən azı 2, ay ərzində ən azı 8 dəfə daşınma olmalıdır. Müəssisələr üzrə hasil olan tullantı həcminə uyğun olaraq həftəlik və aylıq daşımaların miqdarı artılıb-azaldıla bilər. Tutaq ki, lap ay ərzində daşınma sayı 8-i keçdi. İllik daşınma sayını 100 dəfə götürsək, hər dəfənin qiyməti təxminən 4600 manat olur. Heç cür məntiqə sığmır. Xidmət çox bahalı görünür.

17 sentyabr 2025-ci il tarixində açıqlanan tender məlumatlarına əsasən, Göygöl Rayon Mərkəzi Xəstəxanası tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi məqsədilə müqaviləni də “GSL Service” ilə bağlamışdı. Burada da 175 min 164,98 manatdan söhbət gedirdi. Yenə texniki xidmət adı ayrılan vəsaitin şişirdilməsi təəssüratı var.

Azərbaycan Tibb Universitetinin Onkoloji kinikasında 2026-ci il üzrə tibbi tullanıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınması üzrə kotirovka sorğusunun yekunu da “GSL Service” MMC-nin işinə yarayıb. Müsabiqənin qalibi zibildaşımada rəqib tanımayan şirkət elan olunub. Tərəflər arasında 18 min 804,48 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Çox müəmmalıdır. Şirkət tullantıların daşınmasında hansı müasir texnologiyalardan və metodlardan istifadə edir ki, bütün tenderlərin qalibi olur?

“GSL Service” 2021-ci ildə yaradılıb. Şirkətin adının ilk hissəsindəki abbreviaturanın açması “Green Style Logistic”dir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »