Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: "Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib"
Hikmət Hacıyev: "Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib"

Azərbaycan müstəqillik qazandıqdan bəri Orta Dəhliz üzərində işləyir.

"Bizimyol.info" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn formatda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllindən və regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni ölçülər, yeni imkanlar yaranıb və bu yeni coğrafiyalara doğru genişlənib.

"Azərbaycan Cənubi Qafqaz ölkəsidir. Biz, eyni zamanda, Mərkəzi Asiya ailəsinə və Xəzər dənizi bölgəsinə mənsubuq. Azərbaycanın Avropa və Yaxın Şərqə dair kimlikləri var. Bütün bu dəyərlər bir-birinə ziddiyyət təşkil etmir, bir-biri ilə uyğun gəlir. Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib. Bizim üçün orta güc konsepsiyası yalnız ölçü, iqtisadiyyat və əhali ilə ölçülmür. Bu, ölkələrin tərəfdaşlıq şəbəkəsidir", - Prezidentin köməkçisi əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »