Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail İranın hərbi obyektlərinə zərbələr endirib, Tehran ABŞ bazasına raketlərlə cavab verib
İsrail İranın hərbi obyektlərinə zərbələr endirib, Tehran ABŞ bazasına raketlərlə cavab verib

İsrail Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi bölgələrində yerləşən bir sıra hərbi obyektlərinə zərbələr endirib.

Bizimyol.info xəbər verir ki, İsrail Müdafiə Ordusundan bildirilib ki, əməliyyat AMAN hərbi kəşfiyyatının məlumatları əsasında həyata keçirilib və bu, Tehran tərəfindən yaxınlarda törədilmiş hücuma cavab olub.

İsrail hərbçilərinin məlumatına görə, zərbələrin məqsədi İran İslam Respublikasının hərbi infrastrukturu ilə bağlı obyektlər olub. Əməliyyatın nəticələri və vurulmuş hədəflər barədə ətraflı məlumat hələ açıqlanmır.

İran tərəfi isə qısa müddət sonra cavab verib. İsrail ərazisinə birbaşa hücum etmək əvəzinə Tehran Səudiyyə Ərəbistanındakı Prins-Sultan aviabazasına raketlər göndərib. Bu baza ABŞ-ın Yaxın Şərqdəki əsas hərbi obyektlərindən biri sayılır və ABŞ Hərbi Hava Qüvvələri tərəfindən kəşfiyyat əməliyyatları, hava tankeri xidməti, koordinasiya və bölgədə hava hücumundan müdafiə üçün istifadə olunur.

Eyni zamanda, İran tərəfindən dəstəklənən Yəmən husi qruplaşmasının İsrail ərazisinə yeni raket hücumu qeydə alınıb. Yəməndən buraxılan ballistik raket vurulub.

Hələlik məlum deyil ki, İsrailin son hərəkətləri ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə razılaşdırılıb, yoxsa yox. Daha əvvəl amerikalı lider Tehranla diplomatik əlaqələri davam etdirmək və gərginliyin daha da artmasının qarşısını almaq istədiyini bir neçə dəfə bəyan edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »