Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Litviyadan minə yaxın hərbçi və zirehli texnikanı çıxarır
ABŞ Litviyadan minə yaxın hərbçi və zirehli texnikanı çıxarır

ABŞ Litviyadan rotasiya missiyasının başa çatması ilə əlaqədar olaraq minə yaxın hərbçi və böyük miqdarda hərbi texnikanı çıxarmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Litvanın ictimai yayımçısı LRT məlumat verib.

Amerika qoşunları Litviya ərazisində demək olar ki, fasiləsiz olaraq 2020-ci ildən yerləşdirilib. Rusiya-Ukrayna müharibəsinin tammiqyaslı başlanmasından sonra kontingent gücləndirilib və təxminən min hərbçi, zirehli texnika və ağır silahlarla təchiz olunub.

Litva hakimiyyətinin məlumatına görə, ABŞ gedən bölmələrin yerinə yeni qoşunlar göndərməyi təsdiqləyib, lakin onların dəqiq gəlmə vaxtı, şəxsi heyət sayı və texnika tərkibi hələ açıqlanmayıb.

Bu proses Vaşinqtonda ABŞ qüvvələrinin Avropadakı yerləşdirilməsinin yenidən nəzərdən keçirilməsi ilə bağlıdır. Bu səbəbdən kontingentin əvəzlənməsi əvvəlki rotasiyalara nisbətən daha uzun çəkə bilər. Əgər yeni bölmələr vaxtında gəlməsə, Litviya son altı ildə ilk dəfə olaraq müvəqqəti olaraq daimi yerləşdirilmiş Amerika zirehli batalyonundan məhrum ola bilər.

Vilnüs ABŞ-ın hərbi mövcudluğunu Baltik regionunun və NATO-nun şərq cinahının təhlükəsizliyi üçün mühüm hesab edir və yeni kontingentin mövcud rotasiya başa çatdıqdan sonra gələcəyinə ümid edir.

Əvvəllər mediada ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azaltması ilə bağlı məlumatlar yayılmışdı, lakin rəsmi Vaşinqton hələ də NATO müttəfiqlərinə qarşı öhdəliklərini qoruduğunu bəyan edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »