Rusiyanın Kiyevə cavab zərbələri endirə biləcəyi ilə bağlı bəyanatı Qərbə ünvanlanmış xəbərdarlıq xarakteri daşıyır.
Bizimyol.info xəbər verir ki, bu barədə İsveçrənin "Die Weltwoche" jurnalı yazıb.
"Moskva hələlik bu təhdidi həyata keçirməsə də, onun səsləndirilməsi göstərir ki, qarşıdurmada risklər getdikcə artır. Ukraynadakı münaqişə hər zaman Rusiya ilə Qərb arasında qarşıdurma olub, lakin indi tərəflər birbaşa zərbə mübadiləsinə daha da yaxınlaşıblar", - deyə nəşr Rusiyanın Kiyevə zərbələr endirilməsi ilə bağlı xəbərdarlığı ilə bağlı məqaləsində yazıb.
Məqalədə vurğulanır ki, Rusiyanın Kiyevə mümkün zərbələrlə bağlı xəbərdarlığı münaqişənin yeni və daha təhlükəli mərhələyə keçə biləcəyinə işarə edir.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bazar ertəsi Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığından sonra Prezident Donald Trampa məlumat verdiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya tərəfi Kiyevdə yerləşən hərbi-sənaye kompleksi obyektlərinə zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.
Bizimyol.info






