Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parisdə PSJ azarkeşlərinin iğtişaşları: polis gözyaşardıcı qazdan istifadə edib
Parisdə PSJ azarkeşlərinin iğtişaşları: polis gözyaşardıcı qazdan istifadə edib

Parisdə “Paris Sen-Jermen” (PSJ) futbol klubunun azarkeşləri iğtişaş törədib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Hadisələr klubun ev stadionu “Park de Prens” yaxınlığında, Parisin XVI dairəsində baş verib. Məlumata görə, iğtişaş törədən şəxslər polisə daş və şüşə butulkalar atıb, həmçinin pirotexniki vasitələrdən istifadə ediblər. Polis isə cavab olaraq gözyaşardıcı qaz tətbiq edib.

Hüquq-mühafizə orqanlarına istinadən bildirilir ki, 10 nəfər saxlanılıb.

Qeyd edək ki, həmin gün Budapeştdə UEFA Çempionlar Liqasının final matçı keçirilir və “Paris Sen-Jermen” “Arsenal” klubu ilə qarşılaşıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, təhlükəsizliyi təmin etmək üçün ümumilikdə 22 min polis və jandarm səfərbər edilib, onlardan 8 mini Parisdə xidmət aparır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »