Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rubio: İranla razılaşma mətninin hazırlanması bir neçə gün çəkə bilər
Rubio: İranla razılaşma mətninin hazırlanması bir neçə gün çəkə bilər

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, İranla sülh razılaşmasının mətninin hazırlanması üçün daha bir neçə gün tələb oluna bilər.

Bizimyol.info xəbər verir ki,  AFP agentliyinin yaydığı məlumata görə, Rubio bildirib ki, daha əvvəl Qətərdə İranla bağlı danışıqlar aparılıb.

"Görəcəyik ki, irəliləyiş əldə edə bilərikmi", - deyə o bildirib. "İnanıram ki, müzakirə əsasən ilkin mətnin yekunlaşdırılmasına yönəlib və bu, bir neçə gün çəkə bilər", - deyə dövlət katibi vurğulayıb.

Rubio əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp razılığın əldə olunmasını istəyir: “Ya o, razılaşma bağlayacaq, ya da bu baş tutmayacaq”.

Hazırda Hindistanda səfərdə olan Rubio, həmçinin Hörmüz boğazında gəmiçiliyin bərpasının vacibliyini vurğulayıb və bildirib ki, boğaz “hər bir halda” açıq olacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »