NATO ABŞ olmadan yaşaya bilməz və Avropa İttifaqı (Aİ) isə alyansın rolunu yerinə yetirə bilməz.
Bizimyol.info xəbər verir ki, bu barədə Norveçin maliyyə naziri və NATO-nun sabiq baş katibi Yens Stoltenberq İsveçin SVT telekanalına verdiyi müsahibədə bildirib.
“Xeyr, bu, demək olar ki, 80 ildir tanıdığımız NATO deyil. Burada Avropa və ABŞ birlikdə dayanır, həmçinin bütün təhdidlərə qarşı mübarizə aparır. Ona görə də Avropa ilə ABŞ arasında parçalanmanın qarşısını almaq üçün əlimizdən gələni etmək vacibdir. Mən Avropa İttifaqına böyük hörmətlə yanaşıram, lakin inanmıram ki, Aİ ümumi təhlükəsizlik və müdafiə təminatları məsələlərində NATO-nun yerini tuta bilər,” – deyə Stoltenberq qeyd edib. O vurğulayıb ki, mövcud NATO ABŞ olmadan fəaliyyət göstərə bilməz.
Bildirilir ki, NATO-dakı böhranın səbəblərindən biri ABŞ-ın Qrenlandiyaya nəzarəti ələ keçirmək istəyi ilə bağlı açıqlamasıdır. Hazırda ABŞ-ın hərbi qüvvələri çıxarmasının Avropanın onları əvəz edə bilməsindən əvvəl baş verəcəyi ehtimalı qorxudur.
Əvvəllər ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, ABŞ NATO çərçivəsində siyasətini ciddi şəkildə yenidən nəzərdən keçirəcək. Trampın sözlərinə görə, Şimali Atlantika alyansı ABŞ-ı İran məsələsində dəstəkləməyib, baxmayaraq ki, ABŞ “NATO üçün trilyonlarla dollar ödəyir”.
Qadir, Bizimyol.info






