ABŞ Prezidenti Donald Tramp İranın hərbi potensialı ilə bağlı açıqlama verib.
Bizimyol.info xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, İslam Respublikasının "müharibə aparmaq üçün istifadə etdiyi" materialların və resursların böyük hissəsi uğurla məhv edilib.
Tramp çıxışında həmçinin İran rəhbərliyinin gələcəyi məsələsinə də toxunub. Prezident qeyd edib ki, bu mövzuda ətraflı danışmaq istəmir, "çünki yaxşı səslənmir", amma əlavə edib ki, "bu doğrudur".
Bundan əlavə, ABŞ Prezidenti Vaşinqtonun Tehranın nüvə proqramına dair sərt mövqeyini bir daha vurğulayıb.
Tramp qeyd edib ki, İran heç bir halda nüvə silahına sahib olmamalıdır və ABŞ bunun baş verməsinə "icazə verməyəcək".
Bizimyol.info






