Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-ı dəstəkləyən ölkələrə sərt xəbərdarlıq edib
İran ABŞ-ı dəstəkləyən ölkələrə sərt xəbərdarlıq edib

İranın BMT-dəki Daimi Nümayəndəliyi ABŞ-ın İran əleyhinə təqdim etdiyi siyasi qərar layihəsini dəstəkləyən ölkələrə ciddi xəbərdarlıq edib. Nümayəndəlik bildirib ki, ABŞ-ın bu layihəyə dəstək verən ölkələr yarana biləcək gərginlik nəticələrinə beynəlxalq səviyyədə cavabdeh olacaqlar.

Bizimyol.info xəbər verir ki, sosial mediada yayılan bəyanatda İran nümayəndəliyi, BMT-nin layihədən istifadə edərək beynəlxalq ictimaiyyət qarşısında “geniş dəstək varmış” təəssüratı yaratmağa çalışdığını vurğulayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ-ın məqsədi bir tərəfli və siyasi xarakterli qərar layihəsini dəstəkləyən ölkələri istifadə edərək qanunsuz hərəkətlərinə beynəlxalq legitimlik qazandırmaq və bölgədə yeni hərbi gərginliklər üçün zəmin hazırlamaqdır.

İran nümayəndəliyi əlavə edib ki, Vaşinqton yeni bir gərginlik yaratdığı təqdirdə, ABŞ-ın yanında olan bütün dəstəkçi ölkələr bu nəticələrə görə beynəlxalq səviyyədə məsuliyyət daşıyacaq.

“Əsla heç bir siyasi səbəb və ya diplomatik bəhanə bu ölkələri ABŞ-ın aqressiyasını asanlaşdırmaq, gücləndirmək və legitimləşdirmək məsuliyyətindən azad edə bilməz,” — deyə bəyanatda vurğulanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »