Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: ABŞ-a İrandan zənginləşdirilmiş uranı çıxarmaq üçün 1,5 həftə vaxt lazımdır
Tramp: ABŞ-a İrandan zənginləşdirilmiş uranı çıxarmaq üçün 1,5 həftə vaxt lazımdır

ABŞ 2025-ci ilin iyun ayında hücum etdiyi İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranı çıxarma əməliyyatını həyata keçirməyi nəzərdən keçirib, lakin bunun üçün İslam Respublikasının ərazisində 1,5 həftə qalmaq lazım olardı.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" kanalına verdiyi müsahibədə söyləyib.

“Biz bunu ilkin mərhələdə etməyi düşündük, amma müəyyən vaxt lazımdır, təxminən 1,5 həftə. Bu, düşmənin ərazisində uzun müddət qalmaq deməkdir”, – deyə o qeyd edib.

Prezidentin sözlərinə görə, zənginləşdirilmiş uranı çıxarma əməliyyatı zamanı granitdən keçmək lazım olardı. “Granit çox sərtdir. Biz iyun 2025-ci ildə zərbələr üçün çox güclü bombalardan istifadə etdik”, – deyə Tramp əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »