Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rubio: Çin ordusu dünyanın ikinci ən güclü ordusudur
Rubio: Çin ordusu dünyanın ikinci ən güclü ordusudur

ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, Çin son onillikdə ordusunun gücünü misilsiz sürətlə artırıb və hazırda bu ordu dünyada ikinci ən güclü ordudur.

Bizimyol.info xəbər verir ki, bu barədə Rubio "NBC News" telekanalına verdiyi müsahibədə deyib.

"Çin ordusunun son on ildə sürətlə güclənməsi misilsizdir. Onların necə sürətlə möhkəmləndiyini və nə qədər böyük olduğunu görməməzlikdən gəlmək çətindir. Şübhəsiz ki, onlar dünyanın ikinci ən güclü ordusudur", deyə o qeyd edib.

Dövlət katibinin sözlərinə görə, Çin hakimiyyətinin "əsas hədəfi ABŞ kimi qlobal gücə sahib olmaqdır".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »