Son 24 saat ərzində Hörmüz boğazından ən azı 30 müxtəlif ticarət gəmisi keçib.
Bizmyol.info xəbər verir ki, bu barədə İranın dövlət tele-radio şirkəti IRIB məlumat verib.
Məlumata görə, dünən axşamdan etibarən bu gəmilər İran hakimiyyəti və İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilə koordinasiyada boğazdan keçiblər.
Əvvəllər Fars agentliyi məlumat vermişdi ki, İran hakimiyyəti çərşənbə axşamından etibarən Çin gəmilərinə Tehran tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində Hörmüz boğazından keçmək icazəsi verib.
Bizimyol.info






