Ehsan Afreşte, İsrail kəşfiyyat xidməti Mossad üçün işləməkdə ittiham edilərək saxlanmış şəxs, 13 may səhər İranda Ali Məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib və asılaraq edam edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın dövlət tele-radio şirkəti məlumat verib.
Bildirilir ki, Afreşte Nepalda Mossad rəhbərliyi altında xüsusi təlim almış və İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyi müddətdə ingilis, fransız və ivrit dillərini səlis bilib.
İstintaq məlumatına görə, İranlı “James” təxəllüsü ilə Mossad strukturunda fəaliyyət göstərib və əlaqəni elektron poçt və müxtəlif mesajlaşma proqramları vasitəsilə saxlayıb. İlk tapşırıqlarını o, internet-taksi sürücüsü maskası altında yerinə yetirib.
Bizimyol.info






