Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu oldu
“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu oldu

Süper Lig-in 33-cü turunda baş tutan qarşılaşmada "Galatasaray" öz meydanında "Antalyaspor" üzərində 4-2 hesablı qələbə qazanaraq mövsümü çempion kimi tamamlayıb.

Bizimyol.info xəbər verir ki, bu nəticə ilə İstanbul təmsilçisi Türkiyə tarixində 26-cı dəfə çempionluq sevinci yaşayıb.

Matçın ilk hissəsi böyük mübarizə şəraitində keçib. Antalyaspor 45+3-cü dəqiqədə Soner Dikmenin qolu ilə hesabı açsa da, ikinci hissədə oyunun gedişi tam dəyişib.

  • 56-cı dəqiqədə – Lemina (Galatasaray),
  • 62-də – Soner Dikmen (Antalyaspor)
  • 66-da (penalti) – Viktor Osimhen (Galatasaray)
  • 88-də – Viktor Osimhen (Galatasaray)
  • 90+5-də – Kaan Ayhan (Galatasaray)

Son dəqiqələrdə vurulan qol isə stadionda böyük coşqu yaradıb və çempionluğun rəsmiləşməsini təmin edib.

Qələbədən sonra klub rəsmiləri və baş məşqçi emosional açıqlamalar verib.

Abdullah Kavukcu: “Bu hissi sözlə ifadə etmək çətindir. Çox mübarizə apardıq. Bu uğuru azarkeşlərimizə hədiyyə edirik”, - deyə çempionluğu dəyərləndirib.

Okan Buruk isə komandasının uğurunu: “Dörd ildir ardıcıl çempionluğu qazanmaq inanılmazdır. Oyuncularıma və bizi hər zaman dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Məqsədimiz bu seriyanı 5-ə çatdırmaqdır”, - deyə şərh edib.

Galatasaray bu nəticə ilə ən yaxın rəqibi "Fənərbağça"nı geridə qoyaraq çempionluğu rəsmiləşdirib.

Bu qələbə azarkeşlər üçün yenidən böyük bir sevinc və qürur anı olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »