Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrinin Cənub Komandanlığı mayın 8-də Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi ehtimal olunan gəmiyə növbəti zərbə endirildiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Komandanlığın "X" platforması üzərindən yaydığı məlumatda bildirilib ki, kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik daşınmasında istifadə olunduğunu təsdiqləyib.
Zərbə nəticəsində iki nəfər həlak olub, bir nəfər isə sağ qalıb. ABŞ Cənub Komandanlığı axtarış-xilasetmə əməliyyatının başladılması üçün Sahil Mühafizəsini məlumatlandırıb. ABŞ hərbçiləri arasında itki olmadığı qeyd olunub.
Pentaqon rəhbəri Pit Heqset narkokartellərlə mübarizə məqsədilə “Southern Spear” (“Cənub nizəsi”) əməliyyatının 2025-ci ilin noyabrında başladığını elan edib.
Bizimyol.info






