Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran və ABŞ yaxın zamanda Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidi ilə bağlı razılığa gələ bilər
İran və ABŞ yaxın zamanda Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidi ilə bağlı razılığa gələ bilər

İran və ABŞ yaxın zamanda Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək barədə razılığa gələ bilərlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalının diplomatik mənbəyə istinadən məlumat verib.

“Hörmüz boğazından gəmilərin təhlükəsiz tranziti təmin olunmaq üzrədir”, - deyə Telekanal diplomatik mənbənin sözlərindən sitat gətirib. Mənbənin məlumatına görə, hazırda Pakistanın vasitəçiliyi ilə aparılan məsləhətləşmələrdə iştirakçılar “müharibənin dayandırılması, Hörmüz boğazının açılması və ABŞ-ın İrana qarşı blokadasının yumşaldılması ilə bağlı anlaşma memorandumu” üzərində işləyirlər. Gözlənilir ki, İran son təklifə cavabını cümə günü verəcək.

Eyni zamanda "Al Arabiya" mənbəsi qeyd edib ki, “danışıqlar prosesi mürəkkəbdir və hələ də maneələr mövcuddur”. Onun sözlərinə görə, İranın nüvə proqramı və Hörmüz boğazının tam açılması ilə bağlı daha geniş məsələlərin yekun həlli “əlavə danışıqlar raundlarını tələb edə bilər”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »