Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məclis sədri ABŞ-ın Yaxın Şərq siyasətini istehza ilə tənqid edib
Məclis sədri ABŞ-ın Yaxın Şərq siyasətini istehza ilə tənqid edib

İran parlamentinin (Məclisin) sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın İranla bağlı siyasətindəki dəyişiklikləri ironik şəkildə tənqid edib.

Bizimyol.info xəbər verir ki, bu barədə o, sosial şəbəkə paylaşımında yazıb.

“Mənə inan, qardaş əməliyyatı iflasa uğradı. İndi isə yenidən adət etdiyimiz Fauxios əməliyyatına qayıdırıq”, - deyə parlament sədri qeyd edib.

  • “Fauxios” sözü, ehtimal ki, ingiliscə “saxta”, “uydurma” mənasını verən faux sözü ilə "Axios" portalının adının birləşməsindən yaranmış söz oyunudur.

Mayın 6-da ABŞ prezidenti Donald Trump iki gün əvvəl başlanmış və Hörmüz boğazından gəmilərin tranzitinin təşkili məqsədi daşıyan “Project Freedom” əməliyyatının dayandırıldığını elan edib. O bildirib ki, əməliyyat İranla mümkün razılaşma üzrə danışıqların uğurla nəticələnə və yekun saziş imzalana biləcəyi barədə məlumat əldə olunana qədər dayandırılır.

Bundan sonra "Axios" portalı Vaşinqton və Tehranın silahlı qarşıdurmanın başa çatdırılması ilə bağlı bir səhifəlik memorandum imzalamağa yaxın olduqlarını iddia edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai isə bildirib ki, Tehran hələ də ABŞ-ın təkliflərini nəzərdən keçirir və cavabını daha sonra Pakistan tərəfinə təqdim edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »