İran Silahlı Qüvvələri İran tərəfinin xəbərdarlıqlarına məhəl qoymayaraq Hörmüz boğazından keçməyə cəhd edən ABŞ gəmisinə hücum edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, İran tərəfindən buraxılan iki raket hədəfə dəyib. Nəticədə gəmi marşrut üzrə hərəkətini davam etdirə bilməyib və geri dönməyə məcbur olub.
Agentlik bildirir ki, insident nəticəsində dəyən ziyanın miqyası və ya mümkün itkilər barədə hələlik məlumat yoxdur.
Bizimyol.info






