Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Artan xərclər fonunda "OpenAI" maliyyə təzyiqi ilə üzləşir
Artan xərclər fonunda "OpenAI" maliyyə təzyiqi ilə üzləşir

"OpenAI" artan hesablama xərcləri və "ChatGPT" üzrə əsas göstəricilərin artım tempinin zəifləməsi fonunda maliyyə çətinlikləri yaşayır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Decrypt" bazar ekspertlərinə istinadən məlumat yayıb.

Məlumata görə, şirkət "ChatGPT" istifadəçilərinin sayı və gəlir həcmi ilə bağlı əvvəl elan etdiyi hədəflərə çata bilməyib. Ambisiyalı məqsədlərdən biri həftəlik istifadəçi sayını 1 milyarda çatdırmaq idi, lakin bu göstərici reallaşmayıb.

Şirkətin maliyyə direktoru Sarah Frayar bildirib ki, infrastruktur xərcləri yaxın zamanda gəlirləri üstələyə bilər. Söhbət xüsusilə bahalı data mərkəzi müqavilələrindən və hesablama gücünün genişləndirilməsindən gedir.

İnvestorlar biznesin artım tempinin xərclərin genişlənməsi ilə ayaqlaşmamasından narahatdırlar. "Vençur" sektorunun nümayəndələrinin sözlərinə görə, bir çox proseslər hələ də insan iştirakı tələb edir və süni intellekt onları tam əvəz edə bilmir.

Bu fonunda şirkətin direktorlar şurası maliyyə öhdəliklərinə və Sam Altmanın gələcək güc artırımı strategiyasına diqqəti artırıb.

Sənayedə eyni zamanda rəqabətin gücləndiyi qeyd olunur. Bəzi analitiklərin qiymətləndirməsinə görə, "Anthropic" artıq bazar kapitallaşmasına görə "OpenAI"ni qabaqlayıb ki, bu da süni intellekt həlləri bazarında artan rəqabəti əks etdirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »