Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski son iki ayda ikinci dəfə Səudiyyə Ərəbistanına səfər edəcək
Zelenski son iki ayda ikinci dəfə Səudiyyə Ərəbistanına səfər edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edəcək və varis şahzadə Məhəmməd bin Salman ilə görüşlər keçirəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə AFP agentliyinə Kiyevdəki mənbə məlumat verib.

Bu, Zelenskinin son iki ay ərzində kralığa ikinci səfəri olacaq və Kiyev ilə Ər-Riyad arasındakı əlaqələrin aktivləşdiyini göstərir.

Mənbələrin verdiyi məlumata görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik və müdafiə sahəsində gələcək qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər.

Son aylarda Ukrayna Fars körfəzi ölkələri ilə əlaqələrini gücləndirir. Əsas sahələrdən biri hava hücumundan müdafiə və pilotsuz uçan aparatlara qarşı mübarizədir.

Əvvəlcə Kiyev və Ər-Riyad dron hücumlarına qarşı təcrübə mübadiləsi ilə bağlı razılaşmalar imzalamışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »