Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İndoneziya Hörmüz boğazı üzrə hərbi missiyaya qoşulmaqdan imtina etdi
İndoneziya Hörmüz boğazı üzrə hərbi missiyaya qoşulmaqdan imtina etdi

İndoneziya hakimiyyəti Böyük Britaniya və Fransanın Hörmüz boğazında gəmiçiliyin qorunmasına yönəlmiş missiyasında iştirakdan imtina edib və bölgəyə hərbçilər göndərməyəcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sugiono bildirib.

“Biz bu missiyada iştirak etməməliyik. Bu, neytral mövqeyimizi pozar”, – deyə nazirin sözlərindən "Jakarta Globe" qəzeti sitat gətirib.

Qəzetin məlumatına görə, hazırda Hörmüz boğazında iki İndoneziya tankeri hələ də blokadada qalıb.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Keir Starmer 49 ölkənin iştirakı ilə keçirilən sammitin yekununda bəyan edib ki, Birləşmiş Krallıq və Fransa Hörmüz boğazında gəmiçilik azadlığının qorunması üçün çoxmillətli missiyaya rəhbərlik edəcək. O, əlavə edib ki, bu missiya ilə bağlı daha ətraflı məlumat Londonda keçiriləcək hərbi planlaşdırma konfransından sonra açıqlanacaq.

London və Paris rəsmilərinin sözlərinə görə, artıq bəzi ölkələr bu missiyada iştirak etmək üçün hərbi kontingent göndərmək istədiklərini bildiriblər. Bu ölkələr arasında Ukrayna və Almaniyanın da adı çəkilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »