Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saatlıda korrupsiya əməliyyatı: "hərbi komissar" saxlanılıb
Saatlıda korrupsiya əməliyyatı: "hərbi komissar" saxlanılıb

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra rayon şöbələrində əməliyyatlar keçirib, saxlanılanlar var.

Bizimyol.info xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat keçirdiyi rayonlardan biri də Saatlı rayonudur. Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsində aprelin 21-də əməliyyat keçirilib. Əməliyyat nəticəsində şöbənin rəisi və müavini saxlanılaraq, Bakıya gətirilib.

Eyni gündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş, Cəbrayıl, Qaradağ rayon şöbələrində də əməliyyatlar keçirildiyi və rəhbər vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Məlumatları rəsmi qurumlardan dəqiqləşdirməyə çalışırıq.

Son dövrlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir çox şöbələrində əməliyyatlar keçirilib, şöbə rəisləri həbs olunub. Onlara rüşvət ittihamı ilə uzunmüddətli cəzalar verilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »