Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belçika 20-ci Rusiya sanksiyaları paketinin tezliklə açılacağına ümid edir
Belçika 20-ci Rusiya sanksiyaları paketinin tezliklə açılacağına ümid edir

Belçika Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin və Kiyevə ayrılacaq 90 milyard avro maliyyəsinin tezliklə açılacağına ümid edir.

Bizimyol.info xəbər verir ki, bunu Belçika Xarici İşlər Naziri Maksim Prevo Avropa İttifaqı Xarici İşlər Nazirlərinin Lüksemburqda keçirilən görüşünə gələrkən bildirib.

“Ümid edirik ki, Macarıstanda gözlənilən və Aİ-ni sevindirən seçki nəticələri Kiyev üçün 90 milyard avronun və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin tezliklə açılmasına imkan verəcək”, – deyə Prevo bildirib.

Qeyd edək ki, Aİ diplomatiyasının rəhbəri Kaya Kallas çərşənbə günü Kiyev üçün 90 milyard avronun ayrılması ilə bağlı “vacib qərarlar” gözlədiyini açıqlayıb, lakin bloklanmış 20-ci paketlə bağlı şərh verməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »