Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Sumaya hücum edib: 15 nəfər xəsarət aldı, aralarında uşaqlar da var
Rusiya Sumaya hücum edib: 15 nəfər xəsarət aldı, aralarında uşaqlar da var

Rusiya qüvvələri 21 aprel gecəsi Sumaya hücum edib və yaşayış məntəqələrini vurub. Hücum nəticəsində 15 nəfər xəsarət alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Sum vilayəti hərbi administrasiyasının rəhbəri Oleg Qriqorov məlumat verib.

“Bu gecə ruslar vilayət mərkəzinə kütləvi zərbə endirib. Rusiya pilotsuz uçan aparatları yaşayış məntəqələrinə düşüb. Çoxmərtəbəli binalar və vətəndaş avtomobilləri zədələnib. Daha bir PUA isə səhiyyə müəssisəsinin ərazisinə düşüb,” – deyə o bildirib.

Qriqorovun sözlərinə görə, gecə hücumu nəticəsində 15 Sum sakini xəsarət alıb.

“Yaralananlar arasında üç uşaq var: 13, 15 və 17 yaşlı qızlar. Onlar xəstəxanaya yerləşdirilib, həkimlər lazımi tibbi yardım göstərir. Gecə hücumu nəticəsində xəsarət alanların əksəriyyəti yaşlı insanlardır. Hamısına lazımi tibbi yardım göstərilir,” – deyə vilayət rəhbəri əlavə edib.

Fövqəladə Hallar Nazirliyin hücumun nəticələrinə dair məlumatında qeyd edilir ki, zərbələr 7 fərqli yerdə qeydə alınıb. Çoxmərtəbəli yaşayış binaları və səhiyyə müəssisəsi zədələnib, vətəndaş avtomobillərində isə yanğın baş verib. Eyni zamanda, təkrar hücum təhlükəsi səbəbindən xilasedicilər bir neçə dəfə işlərini dayandırmalı və təhlükəsiz yerə keçməli olublar.

Verilən məlumata görə, 20 aprel tarixində sosial şəbəkələrdə Sum şəhərinin bi hissəsinin ələ keçirildiyi barədə xəbərlər yayılıb.

Birləşmiş Qüvvələr Qrupunun mətbuat katibi Viktor Trequbov mətbuata açıqlamasında bildirib ki, bu məlumat tamamilə həqiqətə uyğun deyil.

Onun sözlərinə görə, rus işğalçıları bir neçə ay ərzində Sum vilayətinin sərhəd kəndlərindən ikisinə daxil ola biliblər. Rusların Sum vilayətinə daxil olması 4 km təşkil edir. Hazırda Sum şəhərinə məsafə 35 km-dən çoxdur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »