Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hizbullah” İsrailin atəşkəsi pozmasına qarşı çıxmağa hazırdır
“Hizbullah” İsrailin atəşkəsi pozmasına qarşı çıxmağa hazırdır

Livandakı şiə təşkilatı “Hizbullah” İsrail tərəfindən atəşkəsin mümkün pozuntularına qarşı durmağa hazır olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə təşkilatın siyasi şurası sədrinin müavini Mahmud Kamati mətbuat konfransında bildirib.

““Hizbullah” müqavimət qüvvələri İsrail tərəfindən istənilən pozuntulara qarşı çıxmağa hazırdır”, – deyə onun sözlərini “Al Mayadeen” telekanalı sitat gətirib.

Təşkilat nümayəndəsi, həmçinin Livan hakimiyyətini tənqid edərək bildirib ki, rəsmi qurumlar İsraillə birbaşa danışıqlar yolunu seçməklə “suverenliyin tədricən itirilməsi” istiqamətində hərəkət edir. O, əlavə edib ki, atəşkəs rejimi Livanın deyil, məhz İranın beynəlxalq təzyiq fonunda buna nail olması nəticəsində mümkün olub.

Qeyd edək ki, aprelin 17-də gecə saat 00:00-dan etibarən Livanda İsraillə 10 günlük atəşkəs qüvvəyə minib. Razılaşma respublika prezidenti Cozef Aun və İsrailin baş naziri Benyamin Netanyahu arasında ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunub. Bu 10 günlük atəşkəsin tərəflər arasında uzunmüddətli razılaşmaya aparan danışıqlar prosesinin ilk addımı olduğu bildirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »