Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Ermənistana növbəti neft məhsulları partiyasını göndərdi
Azərbaycan Ermənistana növbəti neft məhsulları partiyasını göndərdi

Azərbaycandan Ermənistana növbəti neft məhsulları partiyası göndərilib. Göndərilən malda 22 vagon, yəni 1 298 ton dizel yanacağı var.

Bizimyol.info xəbər verir ki, ümumilikdə Azərbaycandan Ermənistana artıq 6 312 ton dizel yanacağı, 979 ton "AI-92" benzin və 2 955 ton "AI-95" benzin çatdırılıb.

Bundan əlavə, Rusiyadan Azərbaycan ərazisi vasitəsilə Ermənistana 240 ton gübrə göndərildiyi də bildirilib.

Həmçinin, Rusiyadan Azərbaycan vasitəsilə Ermənistana 23,9 min ton buğda, 1 100 tondan çox gübrə və 68 ton qarabaşaq yarması çatdırılıb.

Son xəbərlər
Bütün xəbərlər »