Siverek qəsəbəsində bir məktəbə edilən silahlı hücum nəticəsində aralarında 10 şagird, 4 müəllim, 1 polis və 1 kantin işçisi olmaqla 16 nəfər yaralanıb. Ölən yoxdur.
Bizimyol.info xəbər verir ki, Vali Hasan Şıldak bildirib ki, hadisəni törədən 2007-ci il təvəllüdlü şəxs polis tərəfindən tutulacağını anlayınca özünü öldürüb.
“Hadisəni törədən bu məktəbin sabiq şagirdi idi. Yalnız 9-cu sinfə qədər burada təhsil alıb, sonra Açıq Təhsil Liseyinə keçib. 2007-ci il təvəllüdlü bu şəxs polis müdaxiləsi zamanı məktəb daxilində əhatəyə alındı. Tutulacağını anlayanda silahdan istifadə edərək intihar etdi”, - deyə Vali Şıldak qeyd edib.
Məktəb təhlükəsizlik səbəbindən boşaldılıb, yaralıların müalicəsi davam edir. Hadisə ilə bağlı hüquqi, inzibati araşdırmalar aparılır.
Bizimyol.info






