ABŞ ilə İran arasında danışıqların ikinci raundunun bu həftə və ya gələn həftənin əvvəlində keçirilməsi gözlənilir.
Bizimyol.info xəbər verir ki, "Reuters" agentliyinin verdiyi məlumata görə, görüşün İslamabad şəhərində baş tutması planlaşdırılır.
Qeyd edək ki, aprelin 11-də tərəflər arasında ilk danışıqlar raundu keçirilib. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqer Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edib.
Daha sonra həm Tehrandan, həm də Vaşinqtondan bildirilib ki, tərəflər mövcud fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.
Bizimyol.info






