Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran və ABŞ nümayəndələri birbaşa danışıqlar aparır
İran və ABŞ nümayəndələri birbaşa danışıqlar aparır

İran və ABŞ nümayəndə heyətləri Pakistanın baş naziri Şahbaz Şərifin rəhbərlik etdiyi vasitəçilərlə məsləhətləşmələrdən sonra İslamabadda üz-üzə danışıqlar aparırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın CNN kanalı mənbələrə istinadla yayıb.

“Məlumata görə, hər iki ölkənin nümayəndə heyətləri paytaxtda “birbaşa dialoq” həyata keçirir”, - deyə telekanal qeyd edib.

Əvvəl bildirildiyi kimi, İslamabadda danışıqlar iki formatda – həm birbaşa, həm də vasitəçilərin iştirakı ilə - keçirilə bilər. İran tərəfi görüşlərin bir gün də uzadıla biləcəyini istisna etmir, bu barədə ölkənin xəbər agentliyi "Tasnim" məlumat verib. Agentliyin məlumatına görə, İran və ABŞ nümayəndələri “bir sıra məsələlər üzrə ətraflı və texniki müzakirələrə” başlayıblar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »