Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Vaşinqtonda dünyanın ən böyük triumf qapısını tikməyi planlaşdırır
Tramp Vaşinqtonda dünyanın ən böyük triumf qapısını tikməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında Vaşinqtonda inşa ediləcək triumf qapısının layihəsini təqdim edib.

Bizimyol.info xəbər verir ki, Trampın qeyd etiyinə görə, bu qapı “dünyanın ən böyük və ən gözəl qapısı” olacaq.

“Bu gün administrasiyam çox hörmətli Bədii Sənətlər Komissiyasına dünyanın ən böyük və ən gözəl triumf qapısının təqdimatını və tikinti planlarını rəsmi olaraq təqdim etdi”, - deyə o yazıb.

Mesaja əlavə olunan fotoda Harrison Design şirkətinin layihəsi göstərilib. Layihəyə açıq rəngli daşdan qapı, qızıl elementləri, ucluğun hər iki tərəfində iri metal qartallar və mərkəzdə qanadlı Azadlıq Heykəlini xatırladan qızılı fiqur daxildir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »