Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova: Rusiya Baltikyanı ölkələrə xəbərdarlıq edib
Zaxarova: Rusiya Baltikyanı ölkələrə xəbərdarlıq edib

Rusiya, Baltikyanı ölkələrin Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları üçün hava məkanını açmaq qərarını görməzdən gəlməsi halında cavab tədbirləri görməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlayıb.

Onun sözlərinə görə, bu ölkələrə artıq müvafiq xəbərdarlıq göndərilib. Zaxarova qeyd edib ki, əgər bu ölkələrin hakimiyyət orqanları ağlabatan yanaşma nümayiş etdirsələr, xəbərdarlığa əməl edəcəklər; əks halda isə cavab tədbirləri ilə qarşılaşacaqlar. O, bu bəyanatı mediada yayılan məlumatlara şərh verərkən bildirib ki, Baltikyanı ölkələr hava məkanlarını Rusiyaya qarşı hücum məqsədilə Ukrayna dronlarına açıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »