Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın "AN-26" təyyarəsi Krımda qəzaya uğrayıb: 29 nəfər həlak olub
Rusiyanın "AN-26" təyyarəsi Krımda qəzaya uğrayıb: 29 nəfər həlak olub

Krımda Rusiya Hərbi-Kosmik Qüvvələrinin (VKQ) "AN-26" hərbi-nəqliyyat təyyarəsi planlı uçuş zamanı qəzaya uğrayıb. Təyyarə ilə əlaqə dünən axşam itirilib, daha sonra dağıntıları dağlıq ərazidə tapılıb.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə olan bütün 29 nəfər — 6 ekipaj üzvü və 23 sərnişin həlak olub. İlkin ehtimala görə qəzanın səbəbi texniki nasazlıqdır.

Təyyarə ilə əlaqə Moskva vaxtı ilə təxminən saat 18:00-da kəsilib. Təyyarənin itməsi barədə məlumat verildikdən sonra axtarış-xilasetmə əməliyyatları təşkil edilib.

Müdafiə Nazirliyi qeyd edib ki, təyyarəyə “xarici müdaxilə olmayıb”. Qəzanın təhqiqatını xüsusi komissiya aparır. Bu komissiyalar adətən təyyarənin qara qutularından məlumatları, texniki vəziyyətini və ekipajın fəaliyyətini araşdırır.

"AN-26" sovet istehsalı olan hərbi-nəqliyyat təyyarəsidir. Təyyarə 1960-cı illərin sonunda Antonov Dizayn Bürosunda "AN-24" sərnişin təyyarəsi bazasında hazırlanıb. İlk uçuşu 1969-cu ildə baş tutub, seriya istehsalı 1970-ci illərin əvvəllərində başlayıb. Təyyarə yük, texnika və heyətin daşınması, həmçinin desant əməliyyatları üçün nəzərdə tutulub.

"AN-26" iki turbovint mühərriki ilə təchiz olunub və 5,5 tona qədər yük və ya 40 nəfərə qədər sərnişini daşıya bilir. Maksimal uçuş məsafəsi yükdən asılı olaraq təxminən 2,5 min kilometrdir.

Təyyarə SSRİ Silahlı Qüvvələrində geniş istifadə olunub, SSRİ-nin dağılmasından sonra isə MDB ölkələrinin və digər dövlətlərin ordularında fəaliyyət göstərib. "AN-26"nın müxtəlif modifikasiyaları mülki aviasiyada da, o cümlədən regional daşımalar, tibbi və axtarış-xilasetmə əməliyyatları üçün istifadə olunur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »